“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı mentorluq və təlim proqramına qəbul elan edir. Proqramda sənədli film sahəsində uğurlu işlər görmüş beynəlxalq təlimçilərdən ibarət komanda layihə ideyası olan, lakin onu necə formalaşdırmalı olduğunu bilməyən sənədli film həvəskarları üçün silsilə təlimlər verəcək.

Mentorluq proqramına bir neçə sənədli filmi ilə mükafatlar qazanmış Gürcüstandan sənədli film rejissoru Nino Orjonikidze rəhbərlik edəcək. Onun mentorluğu ilə ideyasını formalaşdırmağı və layihə halına salmağı öyrənən iştirakçılar ard-arda bir neçə təlimçidən fərqli mövzularda dərs ala biləcək. Təlimçilər arasında Hans Robert Eisenhauer, Iikka Vehkalahti və digər sənədli film professionallarının adları da var.

Mentorluq və təlim proqramına Azərbaycanın bütün bölgələrindən qatılmaq mümkün olacaq. Pandemiya ilə bağlı olaraq təlim tam online keçirilir. Hər bir iştirakçı müraciət edərkən film ideyasını təqdim edir və seçilən iştirakçılara təlimlər zamanı film ideyasının formalaşdırılması, layihə halına salınması öyrədiləcək. Layihənin reallaşması üçün maliyyə dəstəyi alınması, dəstək üçün müraciətin hazırlanması, pitçinqə hazırlıq və digər təlimlərlə bərabər iştirakçılar mentorluq proqramının sonunda layihələri ilə pitçinqdə iştirak edəcək. Bir qalib filmin ilkin çəkilişləri, treylerin hazırlanması və layihə təklifinin hazırlanması üçün 500 dollar miqdarında dəstək qazanacaq.

Layihə üçün gözəl bir ideya ilə yanaşı, digər əsas tələblər davamlı internet bağlantısı və ingilis dili biliyinin olmasıdır.

Ətraflı məlumat “DokuBaku” veb-saytında əldə edilə bilər: https://www.dokubaku.az/dokubaku-lab

Müraciət forması saytda qeyd edilib. Müraciət üçün son tarix: 10 fevraldır.