F.Köçərli adına Respublika Uşaq Kitabxanası rayon-şəhər mərkəzi kitabxanaların uşaq şöbələri, mərkəzləşdirilmiş kitabxana sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filiallarının və metodistlərin istifadəsi üçün nəzərdə tutulan növbəti metodik vəsaiti oxucuların ixtiyarına verib.

Metodik vəsait tanınmış yazıçı, tərcüməçi, publisist, Əməkdar mədəniyyət işçisi Ələviyyə Babayevanın 100 illik yubileyi münasibətilə hazırlanıb.

Kitabxananın elmi-metodika şöbəsinin hazırladığı vəsait iki hissədən ibarətdir. “Zərif duyğular tərənnümçüsü” adlanan birinci hissə yazıçının həyat və yaradıcılığından bəhs edir. İkinci hissə isə “Yüksək vüsətli romanlar müəllifi” adlanır.

Vəsaitdə yazıçının yubileyi münasibətilə təşkil olunacaq kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi-bədii gecə və digər tədbirlər haqqında metodiki məlumatlar verilib. Həmçinin yazıçının “Mənim müəllimim”, “Hekayələr”, “Tək ağac”, “Kənd yolları”, “Payızda”, “Yenə bahardı”, “Tut ağacı”, “Süsən sünbül”, “Hörüklər”, “Adamlar və talelər”, “Hardasan, dost, harda”, “Əlvida”, “Dəli Sona”, “Son döngə”, “Səni axtarıram” kitablarının müzakirəsi oxuculara çatdırılıb.

Metodik vəsaitdən bu limklə vasitəsilə istifadə etmək olar:

http://clb.az/elmi-metodika_k74.html