Füsunkar təbiəti, maddi və mədəniyyət abidələri ilə zəngin olan Daşkəsəndə turizmin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər görülür.
   Bu məqsədlə rayon ərazisindəki tarixi abidələrə məlumat lövhələrinin vurulmasına başlanılıb. Artıq Quşçu, Bayan və Çovdar kəndləri ərazilərindəki abidələrdə bu iş başa çatdırılıb.
   Daşkəsən Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəisi Elçin Qurbanov mətbuada açıqlamasında bildirib ki, Daşkəsəndə turizmin inkişaf etdirilməsi məqsədilə konkret işlər həyata keçirilir. Rayon ərazisində olan və mədəni irs siyahısına daxil edilmiş qədim kurqanlar, eləcə də kökləri eramızdan əvvələ gedib çıxan qədim alban məbədləri, onların yaranma tarixi barədə bukletlərin hazırlanması işlərinə başlanılıb. Yaxın günlərdə turizm marşrut xəritələri də hazır olacaq.
   
   FƏXRİYYƏ