Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev Mingəçevir şəhəri üzrə Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun üzvləri ilə görüşüb.

Bərdə rayon Mədəniyyət Mərkəzinin filialları Xalq artisti, tanınmış aktyor Əliabbas Qədirovun 75 illiyi ilə əlaqədar videoçarxlar hazırlayıblar.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı İmişli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin işçiləri ilə görüşüb. İdarə rəisi daha sonra İmişli şəhər Uşaq musiqi məktəbində aparılan təmir işləri ilə tanış olub.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar “Xocalı – sağalmaz yaram mənim” adlı sərgi təşkil edilib.

***

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Mərkəzi kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin anım günü (13 fevral) ilə əlaqədar “Adı Bəxtiyar, özü Azərbaycan” adlı videokonfrans keçirilib.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-nin təşkilatçılığı ilə Daş Salahlı kənd 1 nömrəli kitabxana filialı yazıçı Abdulla Şaiqin (1881-1959) 140 illiyinə həsr olunmuş “Nağılların incisi – “Tıq-tıq xanım” adlı onlayn formatda uşaq səhnəciyi keçirib.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda onlayn tədbir keçirib.

Goranboy rayon Mərkəzi kitabxanası görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin 820 illiyinə həsr edilmiş videokonfrans təşkil edib.

***

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Xalq şairi Nəriman Həsənzadənin 90 illiyi ilə əlaqədar videokonfrans keçirilib. MKS-nin direktoru Seyfəddin Feyzullayev və başqa çıxış edənlər şairin yaradıcılığından söz açıblar. Vurğulanıb ki, Nəriman Həsənzadənin şeirlərində ürək döyünür, çünki o, oxucusu ilə  qəlb dilində danışır.