Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS-nin bir qrup əməkdaşı Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 90 illiyi münasibətilə rayonunun Poylu qəsəbəsində şairin ev-muzeyini ziyarət ediblər.

Qazax rayon MKS-nin təşəbbüsü ilə E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi Abdulla Şaiqin anadan olmasının 140 illiyinə həsr olunmuş “Milli uşaq ədəbiyyatının banisi” adlı onlayn tədbir keçirib.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən C.Qaryağdıoğlu adına Ağdam şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Rusiyanın Rostov şəhərində keçirilən “Qar uvertürası” beynəlxalq onlayn sənət müsabiqəsində iştirak edərək laureat adı qazanıblar.

***

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər 3 və 4 nömrəli musiqi məktəblərinin şagirdləri Elton Əhmədli və Aycan Şükürlü Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin keçirdiyi “Vətən yaxşıdır” adlı onlayn respublika mahnı müsabiqəsində iştirak edərək 1-ci yerə layiq görülüblər.

Balakən rayon Şərif kənd Sənətkarlıq klubunda 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə ‘’Mənim doğma dilim’’ mövzusunda onlayn diskussiya keçirilib.

***

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Zöhrab Adıgözəlov Gədəbəy Aşıq Musiqisi Məktəbində tədrisin vəziyyəti, təhsil ocağında yaradılan Aşıq sənəti muzeyi və iclas-konsert zalı ilə tanış olub, məktəbin kollektivi ilə görüşüb.

***

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Zərdab rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə “Erkən nikah yolverilməzdir” başlığı altında onlayn tədbir keçirilib. Tədbirdə erkən nikahların törətdiyi fəsadlardan, bu problemin aradan qaldırılmasında mədəni-maarif ocaqlarının üzərinə düşən vəzifələrdən söhbət açılıb.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevin iştirakı ilə idarənin tabeliyindəki müəssisələrdə çalışan bir qrup yaradıcı və könüllü fəal gənclə növbəti görüş keçirilib. Görüşdə Mədəniyyət Nazirliyinin 2021-ci il üçün əsas hədəfləri haqqında gənclərə məlumat verilib.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı və Goranboy rayon Mərkəzi kitabxanası tanınmış tatar şairi Musa Cəlilin anadan olmasının 115 illiyi münasibətilə onlayn tədbir keçiriblər.

Gəncə şəhər MKS-nin Uşaq şöbəsi “Uşaq alveri və uşaq cinayəti” mövzusunda onlayn söhbət keçirib.