C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Xocalı soyqırımı ədəbiyyatda” başlığı altında elektron kitabların virtual sərgisini tərtib edib.  Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə hazırlanan sərgi ötən illər ərzində soyqırımına dair müxtəlif dillərdə nəşr olunmuş çoxsaylı ədəbiyyatı istifadəçilərə çatdırmaq məqsədilə hazırlanıb.

Virtual sərgidə nəşrlər dillər üzrə ayrılaraq beş bölmədə: Azərbaycan, türk, rus, və ingilis dillərində, həmçinin “Xocalı haqqında digər dillərdə” başlığı altında qruplaşdırılıb. Sərgidə ümumilikdə 102 adda tammətnli kitab təqdim olunur. Kitablar nəşr ilinin xronologiyası üzrə düzülüb. Kitabların 55-i Azərbaycan, 8-i türk, 10-u rus, 23-ü ingilis, 6-sı belarus, ərəb, fransız, polyak və italyan dillərindədir.

Nümayiş etdirilən kitabların hər birinin tam təsviri və elektron variantının yerləşdiyi saytların linkləri də verilib. Yəni Xocalı faciəsini tarixi, siyasi, elmi, bədii, publisistik cəhətdən işıqlandıran bu kitabların hər biri oxucu üçün əlçatandır.

Virtual kitab sərgisinə bu link vasitəsilıə baxmaq olar:

https://www.instagram.com/p/CLtiPhIhBPk/