Azərbaycan tarixinin qanlı səhifəsi – Xocalı soyqırımının ildönümü ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan müəssisələr də “Xocalıya ədalət!” kampaniyasına qoşularaq sosial şəbəkələrdə Azərbaycan, rus və ingilis dillərində faciə ilə bağlı faktları videoçarxlar, ədəbi-bədii kompozisiyalar, virtual kitab sərgiləri, informasiya bülletenləri və slaydlar vasitəsilə yayımlayıblar.

Uşaq musiqi və incəsənət məktəblərində keçirilən onlayn tədbirlərdə Xocalı soyqırımı haqqında məlumatlar verilib, şeirlər oxunub, vokal və instrumental ifalar təqdim olunub. Müəllimlərlə şagirdlərin bərabər çıxışları sanki nəsillər arasında tarixi yaddaşı birləşdirib.

Bakı şəhərində fəaliyyət göstərən mərkəzləşmiş kitabxana sistemləri Xocalı faciəsini şahidlərin dilindən səsləndirib, şəhidlərimizin əziz xatirəsini yad ediblər.

Paytaxtda yerləşən digər mədəniyyət müəssisələri də internet üzərindən hərbi-vətənpərvərlik ruhlu, məlumat xarakterli və maarifləndirici videoçarx, bədii qiraət nümunələri, ədəbi-bədii və musiqili kompozisiyalarını davamlı təqdim etməklə izləyiciləri tariximizi unutmamağa çağırıblar.

“Xocalı faciəsi Bakı Uşaq və Gənclər Teatrının gözü ilə” qısametrajlı filmi isə həm üslub, həm də məna yükü və rəmzilikləri ilə fərqlənib.

Bu il Xocalı faciəsindən ürəyimiz ağrısa da, anaların fəryadı, uşaqların çığırtısı, ahılların kədəri, şəhidlərin qanı hopmuş Qarabağın artıq erməni işğalçılarından azad olması və şəhid ruhların nəhayət dinclik tapması qəlbimizdə ümid hissi yaradır və bu hiss mədəniyyət müəssisələrinin müzəffər Azərbaycan Ordusunun şanlı Qələbəsindən ruhlanaraq internet üzərindən yayımlanan layihələrdə də əksini tapıb.

Layihələri bu linklərdən izləmək mümkündür.

https://www.youtube.com/watch?v=anIivA8GszE&feature=youtu.be

https://www.youtube.com/watch?v=YtnN0v72MlM

https://www.youtube.com/watch?v=rn7SoAzYgVo&feature=youtu.be

LALƏ