Sumqayıt Dövlət Dram Teatrı mart ayının virtual repertuarını təqdim edib. Tamaşalar teatrın “Facebook” səhifəsində müvafiq günlərdə (gündüz tamaşaları saat 12:00-da, axşam tamaşaları 18:00-da) nümayiş olunacaq.

Axşam tamaşalarından Elçin – “Qatil”, Fernando Arabel – “Fando və Lis”, M.F.Axundzadə – “Hacı Qara”; “Müsyö Jordan və dərviş Məstəli şah”, İ.Əfəndiyev –“Sən həmişə mənimləsən”, İ.Məlikzadə – “Toy olsun”, C.Caccarlı – “Solğun çiçəklər”, Ə.Nesin – “Öldür məni canikom” kimi səhnə əsərlərini həftəsonu izləmək olar.

Həmçinin 20-21 martda uşaqlar üçün  “Tıq-tıq xanım” (A.Şaiq) tamaşası göstəriləcək.

Martın 31-i isə azərbaycanlıların soyqırımına həsr olunmuş “Burdan min atlı keçdi” (Hidayət) tamaşası təqdim ediləcək.