Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Kitabxana-informasiya mərkəzinin təşkilatçılığı ilə akademiyanın Vətən müharibəsində iştirak etmiş əməkdaşları, məzunları və onların ailə üzvləri ilə görüş keçirilib.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli, xarici əlaqələr üzrə prorektor Təranə Muradova, BXA-nın Kollec direktorunun müavini Olqa Haşımova, Kitabxana-informasiya mərkəzinin müdiri İradə Mehdiyeva çıxış ediblər.
Çıxışlarda müharibə zamanı xalqın həmrəyliyi və orduya dəstəyindən, hərbçilərimizin döyüşlərdə göstərdiyi şücaətdən bəhs edilib.
Vətən müharibəsinin iştirakçıları döyüş xatirələrini bölüşüblər.