Artıq bir ildir ki pandemiya səbəbindən teatrların qapıları tamaşaçılar üçün bağlıdır. Ölkə teatrları, 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də peşə bayramını – Milli Teatr Gününü (10 mart) öz doğma səhnə və tamaşaçı zalında deyil, virtual formatda qeyd etməyə məcbur olacaq.

Bu arada teatrlar mart ayı üçün virtual repertuarlarını elan edib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarı müvafiq günlərdə saat 19:00-da teatrın “Facebook” səhifəsi, “Youtube” kanalı və internet saytından yayımlanacaq.

6 mart – “Ölülər”

7 mart – “Boy çiçəyi”

10 mart – “Sərgüzəşti-vəziri-xani-Lənkəran”

13 mart – “On ikinci gecə, yaxud hər nə istəsəniz”

14 mart – “Müfəttiş”

20 mart – “Qətibə İnanc”

21 mart – “Dəli yığıncağı”

27 mart – “Hamlet”

28 mart – “Ulduz, yaxud Ədirnə fəthi”

31 mart – “Qarabağnamə”

***

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mart ayı üçün nəzərdə tutulan repertuarında da maraqlı səhnə əsərləri (videoyazı olaraq) var.

6 mart – “Uzuncorab Pippi”, “Ana”

7 mart – “Şelkunçik”, “İtaliyansayağı xoşbəxtlik”

13 mart – “Tıq- tıq xanım”, “Ağ ölüm”

14 mart – “Yatmış gözəl”, “Xortdanın cəhənnəm məktubları”

20 mart – “Göyçək Fatma”, “Müsyö Jordan və Dərviş Məstəli şah”

21 mart – “Dörd əkizin nağılı”, “Pəri Cadu”

27 mart – “Buratinonun macəraları”, “Dəlinin qeydləri” (monotamaşa)

28 mart –“”Tıq- tıq xanım”, “Cəza” (monotamaşa)

Tamaşalar müvafiq olaraq saat 12:00 və 18:00-da sənət ocağının sosial şəbəkələrdəki hesabları vasitəsilə nümayiş ediləcək.