Azərbaycan qadını tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıb. Bu gün Azərbaycan qadını müəllimdir, alimdir, yazıçıdır, rəssamdır, həkimdir, neftçidir, arxeoloqdur... Ən başlıcası isə, bu sənət sahiblərini ailə və cəmiyyət üçün yetişdirən anadır.

Milli Kitabxananın əməkdaşları tərəfindən “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş, əhəmiyyətli rol oynamış qadınlar, onların həyat və yaradıcılığına dair ədəbiyyat, analar, qadınlar haqqında yazılmış kitablar, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr və fotolar nümayiş olunur.

Virtual sərgi ilə bu link vasitəsilə tanış olmaq olar:

http://anl.az/el/vsb/8_Mart_Beynelxalq_Qadinlar_Gunu/index.htm