Heydər Əliyev Sarayının Mətbuat xidmətində struktur dəyişikliyi və yeni təyinat olub.

Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun əmri ilə Aytac Zaur qızı Bağırlı mətbuat katibi vəzifəsinə təyin olunub.

Aytac Bağırlı orta təhsilini Bakı Oksford məktəbində (“Baku Oxford School”) alıb. 2020-ci ildə ADA Universitetinin beynəlxalq münasibətlər üzrə bakalavr pilləsini bitirib. Bundan əlavə, 2020-ci ildə ABŞ-ın Yel (Yale), Harvard və Kaliforniya universitetlərinin, London Universitetinin onlayn kurslarının dinləyicisi olub. İngilis, fransız və rus dillərini bilir.