Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialları 10 mart - Milli Teatr Gününə həsr edilmiş videoçarx hazırlayıb.

Yevlax şəhər Mədəniyyət Mərkəzi və mərkəzin filialı olan Yaradıcılıq evi birlikdə Milli Teatr Günü münasibətilə tədbir təşkil ediblər. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Yevlax rayon komitəsinin sədri Zöhrə Adıgözəlova Bəşir Səfəroğlu adına Yevlax rayon Xalq teatrının heyətinə hədiyyələr təqdim edib.

Xalq teatrının ifasında Gülnigar Rəhimlinin “Elman və Sənubər” birpərdəli pyesinin tamaşası nümayiş olunub. Tamaşanın quruluşçu rejissorları, Əməkdar mədəniyyət işçiləri Eldəniz Mustafayev, Zöhrə Adıgözəlova və Qurban Əliyev, ssenari müəllifi Z.Adıgözəlovadır.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS-nin Poylu, Tatlı, Xətai kənd kitabxana filialları Milli Teatr Günü ilə əlaqədar “Sənətkar və səhnə” adlı onlayn tədbir keçiriblər. Tədbirdə “Milli teatr və real ideyalar” başlıqlı sərgi və şagirdlərin ifasında Xalq şairi Səməd Vurğunun “Vaqif” dramından parça təqdim olunub.