Bakı Uşaq və Gənclər Teatrının “Nizami Gəncəvi  İli”nə həsr etdiyi “Sözün nizamı” bədii qiraət festivalı başa çatıb. Fevral ayında elan olunan festivala 10 mart – Milli Teatr Günündə yekun vurulub.

“Sözün nizamı” yaradıcı kollektivin “Bir teatr – bir festival” layihəsi çərçivəsində reallaşan sayca beşinci festivaldır.

Pandemiya şəraitinin qaydalarına riayət edilməklə keçirilən festivalda Bakı Uşaq və Gənclər Teatrının bütün aktyorları iştirak edib. Aktyorların ifasında 23 videoçarx teatrın “Youtube” kanalında yerləşdirilərək tamaşaçılara təqdim olunub.

Onlayn şəkildə gerçəkləşən festivalda tamaşaçıların səsverməsinə əsasən I, II və III yerlərin qalibi müəyyən olunub.

Qaliblər Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən diplomlarla təltif olunub.

I yer ("Sənsiz"əm – "Gəl" kompozisiyası) – Gülər Ləzgiyeva və Ədalət Ağaverdiyev.

II yer ("Bu gecə yatmaq nədir" qəzəli) – Rauf Hüseynli.

III yer ("Qoy sənə söyləsin" qəzəli) – Türkan Şahmarlı.