Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Digitalart-lab” layihəsi çərçivəsində onlayn ustad dərsləri davam edir. Növbəti ustad dərsini vizual effektlər üzrə rəssam Hacı Qədirov keçib.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, ustad dərsi rəqəmsal incəsənətin yeni sahəsi kimi film və oyun sənayesində istifadə edilən vizual effektlərin tətbiqini, habelə bu sahədə olan müasir alətlər və metodları göstərmək məqsədilə keçirilib.

Qeyd edək ki, Kanadada yaşayan rəssam Hacı Qədirov “Justice League”, “Underwater”, “Godzilla King of Monsters”, “Aquaman”, “X-Men”, “Dark Phoenix” və digər xarici filmlərdə “FX artist” kimi çalışıb.

Onlayn ustad dərsi “Zoom” vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən gerçəkləşib.