Prezident İlham Əliyev martın 17-də Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə və  Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə muzeyin əməkdaşlarının təltif olunması və fəxri ada layiq görülməsi haqqında sərəncamlar imzalayıb.

Əlibəyli Şəfəq Ənvər qızı 3-cü dərəcəli “Əmək” ordeni ilə, Allahyarov Kamil Hüseyn oğlu, Əliyeva Fatma Oruc Kuli qızı və Səfiyeva İnarə Bahadur qızı “Tərəqqi” medalı ilə təltif olunub. 

Bəşirli Xatirə Bədrəddin qızı, Sadırxanov Ridvan Sultanoviç və Şamilova Kübra Əsədulla qızına “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi 2020-ci ildə tamam olub.