Azərbaycan

 

20 mart 1879 – Xalq artisti, tanınmış opera müğənnisi, pedaqoq Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev; 1879 – 16.2.1945) anadan olub.

20 mart 1906 – Əməkdar incəsənət xadimi, rejissor, pedaqoq Ağəli Əliabbas oğlu Dadaşov (1906 – 7.12.1973) Bakıda doğulub.

20 mart 1912 – Xalq artisti, teatr rejissoru Ənvər Məcid oğlu Behbudov (1912-1998) anadan olub.

20 mart 1928 – Xalq rəssamı, heykəltəraş Kamal Camal oğlu Ələkbərov (1928 – 21.5.2009) Füzuli rayonunda anadan olub.

20 mart 1945 – Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam Zahid İsa oğlu Hüseynov (1945 – 27.7.2012) anadan olub.

 

21 mart 1896 – Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 1896 – 20.11.1956) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub.

21 mart 1897 – Şair, publisist Böyükağa Mirqasım oğlu Talıblı (1897-1938) Salyan şəhərində doğulub.

21 mart 1898 – Xalq artisti İsmayıl Məmmədəli oğlu Talıblı (Talıbzadə; 1898-1967) anadan olub.

21 mart 1900 – Dilçi alim, filoloq Muxtar Hüseyn oğlu Hüseynzadə (1900-1985) anadan olub.

21 mart 1906 – Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 1906 – 27.5.1956) Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub. Azərbaycan Yazıçılar İttifaqının sədri (1941-1948) olub.

21 mart 1910 – Əməkdar artist Reyhan Qəmbər qızı Tağıyeva (1910-1973) Tiflisdə doğulub. Repressiya qurbanı olub.

21 mart 1914 – Xalq artisti Hüseynağa Ələsgər oğlu Sadıqov (1914 – 23.2.1983) anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışıb, filmlərdə yaddaqalan obrazlar yaradıb.

21 mart 1920 – Xalq rəssamı Ağa Cəfər oğlu Mehdiyev (1920 – 15.5.2003) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.

21 mart 1921 – Yazıçı-jurnalist, Əməkdar mədəniyyət işçisi, professor Nurəddin Həsən oğlu Babayev (1921-1991) Gəncə şəhərində doğulub.

21 mart 1924 – Tanınmış aşıq, Əməkdar mədəniyyət işçisi Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov; 1924 – 12.10.1990) Tovuz rayonunun Azaflı kəndində doğulub.

21 mart 1968 – Əməkdar artist, vokal ifaçısı (soprano) Aliyə Ramazan qızı Terequlova (1915-1968) vəfat edib.

 

22 mart 1895 – Yazıçı Hacıbaba Hacı Ələsgər oğlu Nəzərli (1895-1938) Şamaxı şəhərində doğulub. Repressiya qurbanı olub.

22 mart 1899 – Böyük dramaturq, yazıçı, şair, Əməkdar incəsənət xadimi Cəfər Qafar oğlu Cabbarlı (1899 – 31.12.1934) Xızı kəndində doğulub. Şeir və hekayələrin, tərcümələrin, milli kinomuzda ilk ssenarilərin müəllifidir.

22 mart 1900 – Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov (1900 – 11.10.1983) Qubadlı rayonunun Əyin kəndində anadan olub.

22 mart 1908 – Əməkdar artist Qafar Həqqi (Qafar Məhərrəm oğlu Qasımzadə; 1908-1992) Ərdəbildə doğulub.

22 mart 1909 – Xalq yazıçısı, Dövlət mükafatı laureatı Mehdi Əli oğlu Hüseyn (1909 - 10.3.1965) Qazax rayonunun İkinci Şıxlı kəndində doğulub.

22 mart 1913 – Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (1913 – 3.11.1983) anadan olub. Gənc Tamaşaçılar, Akademik Dram teatrlarında çalışıb, filmlərdə maraqlı obrazlar qalereyası yaradıb.

22 mart 1913 – Yazıçı-dramaturq Məhərrəm Cəlal oğlu Əlizadə (1913-1983) anadan olub.

22 mart 1914 – Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Əmir oğlu Abdullayev (1914 – 9.12.1973) Şəkidə doğulub.

22 mart 1915 – Xalq rəssamı Baba Balababa oğlu Əliyev (1915 – 27.3.1991) Bakının Zirə qəsəbəsində anadan olub.

22 mart 1917 – Xalq artisti Yusif Abdulla oğlu Vəliyev (1917 – 18.3.1980) Dərbənddə doğulub.

22 mart 1919 – Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı (1919 – 26.7.1995) Qazax rayonunun II Şıxlı kəndində anadan olub.

22 mart 1919 – Tanınmış kinooperator Xan Yusif oğlu Babayev (1919 – 2.9.1967) anadan olub. Çəkdiyi filmlər: “Ögey ana”, “Böyük dayaq”, “Yenilməz batalyon” və s.

22 mart 1925 – Xalq artisti Zəroş Mirzəbağır qızı Həmzəyeva (1925 – 6.6.2004) Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində doğulub.

22 mart 1931 – Şair Əli Kərim (Əli Paşa oğlu Kərimov; 1931 – 30.6.1969) Göyçayda anadan olub.

22 mart 1931 – Əməkdar artist Yusif Lətif oğlu Qazıyev (1931 – 21.3.1987) Gəncədə doğulub.

22 mart 1933 – Xalq artisti Rübabə Xəlil qızı Muradova (1933 – 28.8.1983) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub.

22 mart 1938 – Yazıçı, tərcüməçi Sabir Əli oğlu Azəri (1938 – 28.1.2010) Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub.

 

23 mart 1914 – Şair, dramaturq Zeynal Rza oğlu Xəlil (bəzi mənbələrdə doğum günü 1 aprel göstərilir; 1914 – 11.8.1973) Gəncədə anadan olub.

23 mart 1920 – Bəstəkar, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (1920 – 8.2.1992) Şuşada doğulub. Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.

 

24 mart 1872 – Yazıçı, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Məmməd Səid Hacağa oğlu Ordubadi (1872 – 1.5.1950) Naxçıvanın Ordubad şəhərində doğulub.

24 mart 1927 – Teatr rejissoru, Əməkdar incəsənət xadimi Məbud İbrahim oğlu İsmayılzadə (1927 – 17.9.2004) Zərdab rayonunda dünyaya gəlib.

24 mart 1938 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Həsənağa Səttar oğlu Turabov (1938 – 23.2.2003) anadan olub. 1960-cı ildən Akademik Dram Teatrında çalışıb, teatra rəhbərlik (1987-2001) edib.

 

25 mart 1897 – Teatrşünas, publisist, Əməkdar mədəniyyət işçisi Qulam Məmməd oğlu Məmmədli (1897 – 18.11.1994) Təbrizdə doğulub. “Azərbaycan teatrının salnaməsi”ni yazıb.

25 mart 1905 – Əməkdar artist Heydər Məşədi Aslan oğlu Şəmsizadə (1905-1981) Şuşada doğulub.

25 mart 1907 – Görkəmli şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 1907 – 14.1.1952) Bakıda doğulub. İstiqlal ruhlu şeirlərinə görə 1930-cu ildə Türkmənistana sürgün edilib. 1933-cü ildə İrana, oradan Türkiyəyə mühacirət edib.

25 mart 1933 – Şair, dramaturq Rüfət Zülfüqar oğlu Əhmədzadə (1933 –15.12.1988) Bakıda anadan olub.

 

Dünya

 

20 mart 1828 – Norveç şairi, dramaturq Henrik İbsen (Henrik Johan İbsen; 1828-1906) anadan olub.

 

21 mart 1839 – Rus bəstəkarı Modest Petroviç Musorqski (1839-1881) anadan olub.

 

22 mart 1394 – Özbək astronomu, mütəfəkkir, sərkərdə Məhəmməd Taraqay Uluqbəy (1394-1449) anadan olub.

 

23 mart 1875 – Türk şairi, yazıçısı və mütəfəkkiri Ziya Göyalp (Mehmet Ziya Gökalp; 1875  – 25.10.1924) Diyarbəkirdə doğulub.

23 mart 1881 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1937) laureatı Roje Marten dü Qar (Roger Martin du Gard; 1881-1958) anadan olub.

 

24 mart 1926 – İtalyan dramaturqu, rejissor, teatr nəzəriyyəçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1997) laureatı Dario Fo (1926-2016) anadan olub.

 

25 mart 1611 – Türk səyyahı, coğrafiyaşünas, tarixçi, şair Övliya Çələbi ibn Dərviş Məhəmməd Zilli (1611-1682) İstanbulda doğulub. Yaxın Şərqdən Krım, Volqaboyu və Qafqazadək bir çox yerləri gəzərək 10 cildlik “Səyahətnamə” əsərini yazıb.

Hazırladı:  Vüqar ORXAN