Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsinə xidmət edir. Novruzun fəlsəfəsində insanların ən qədim dövrlərdəki ünsiyyət və ibtidai mədəniyyətinin, həyat tərzinin və təbiətə təsir etmək istəklərinin izləri qalmaqdadır.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Yurdumuza bahar gəlir” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Novruz bayramı haqqında fotolar, Novruz adət-ənənələri, bayramla bağlı deyimlər, eləcə də mövzu ilə əlaqədar kitab və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgiyə bu link vasitəsilə baxmaq olar:

http://anl.az/el/vsb/novruz/index.htm

Azərbaycan Milli Kitabxanası xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, firavan həyat, bahar təravətli günlər arzulayır.