C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası sosial şəbəkə istifadəçilərini Vətən müharibəsinin qaziləri ilə tanış etməyə davam edir.

Martın 18-də kitabxananın “İnstagram” səhifəsində “Sevilənlər sevənlər” rubrikası altında keçirilən növbəti canlı yayımın qonağı Fərid Atazadə olub.

O, 1995-ci ildə Bərdə rayonunun Şirvanli kəndində dünyaya göz açıb. Asəf Zeynallı adına Musiqi Kollecində və Azərbaycan Milli Konservatoriyasında tar ixtisası üzrə təhsil alıb. 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinə könüllü gedən Fərid Atazadə döyüş yolundan söz açıb, onunla döyüşdə çiyin-çiyinə vuruşan dostları haqqında danışıb.

Döyüş xatirələrindən əlavə incəsənət sahəsində olan fəaliyyətindən də bəhs edən Fərid Atazadə respublika müsabiqələrinin laureatı olması barədə danışıb.

Hazırda Bakı Humanitar Kollecinə dərs deyən gənc tarzən canlı yayım zamanı musiqi nümunələri də ifa edib.

İstifadəçilər virtual görüşü bu linkdən izləyə bilərlər:

https://www.instagram.com/p/CMkbbVeiSRu/