Xəbər verdiyimiz kimi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə layihəsi əsasında GencApp mobil tətbiqi üzərindən "Sirlər xəzinəsi" intellektual müsabiqəsi keçirilir.

İl ərzində hər ay onlayn formatda keçiriləcək intellektual müsabiqənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual bacarıqlarının inkişaf etdirilməsi və dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olan Nizami Gəncəvi  irsinin gənclər tərəfindən dərindən mənimsənilməsidir. Müsabiqədə 16-29 yaş arasında gənclər iştirak edir.

17-21 mart tarixlərində gerçəkləşən müsabiqədə 500-dən çox gənc iştirak edib. Onlar GencApp mobil tətbiqi üzərindən bildiriş vasitəsilə göndərilən sualları cavablayıblar.

Müsabiqənin yekununda ən çox xal toplayan 3 qalib müəyyən edilərək, hədiyyə qazanıb.

"Sirlər xəzinəsi" intellektual müsabiqəsinin qalibləri:

1. Fidan Qaraşlı - 29 xal
2. Samir Həsənzadə - 14 xal
3. Həbibə Cəfərova - 12 xal

Qalibləri təbrik edir və müsabiqədə iştirak edən bütün gənclərə təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, intellektual müsabiqə hər ay mütəmadi olaraq təşkil olunacaq. Odur ki, bizi izləyin!

Qaliblər hədiyyəni şəxsən və şəxsiyyət vəsiqələrini təqdim etməklə götürə bilərlər.

Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 93, Begoc Business Center.

Bütün gəncləri vaxtlarını səmərəli keçirmək üçün GəncApp tədbiqetməsini yükləməyə və müsabiqədə iştirak edərək hədiyyələr qazanmağa dəvət edirik.

#MədəniyyətNazirliyi #GənclərFondu #AzGF #GencApp #NizamiGəncəvi #NizamiGəncəviİli #SirlərXəzinəsi #Müsabiqə #Əylən #Öyrən #Faydalan