Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Digitalart-lab” layihəsi çərçivəsində rəssam Amil Quliyevin “Concept art” mövzusunda ustad dərsi keçirilib.

“Zoom” tətbiqi vasitəsilə onlayn formatda keçirilən ustad dərsində “Concept art” sahəsində yeniliklər, film və oyun sənayesində istifadə edilən metodların tətbiqi barədə söhbət açılıb.

Amil Quliyev öz təcrübəsini iştirakçılarla bölüşüb, “Concept art” sahəsindəki yenilikləri izləyicilərə çatdırıb və onların suallarını cavablandırıb.

Qeyd etmək lazımdır ki, “Concept art” filmlər, video oyunlar, animasiya və komikslərdə fikri çatdırmaq üçün istifadə olunan bir illüstrasiya formasıdır.