Moldovanın Kişineu şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirə barelyefi açılacaq.

Azərbaycanın Moldovadakı Səfirliyindən bildiriblər ki, barelyefin quraşdırılması üçün Kişineu Meriyası ilə razılaşma məsələləri artıq yekunlaşır.

Dahi şairin xatirə barelyefi mərmərdən hazırlanıb və yaxın zamanda səfirliyin binasının fasadında quraşdırılacaq.