Bakı Xoreoqrafiya Akademiyasının (BXA) müəllimləri “İnternational Dance Academy” tərəfindən xoreoqrafiya sahəsində əldə etdikləri nailiyyətlərə və rəqs sənətinin tanıdılması istiqamətində fəaliyyətlərin görə fəxri adlarla mükafatlandırılıblar.

BXA-nın İncəsənət fakültəsinin dekan mu­̈avini, Əməkdar artist Eteri Cəfərova “İnternational Dance Academy”nin “Fəxri akademik”, BXA-nın klassik rəqs müəllimi, Xalq artisti Kamilla Hüseynova “Fəxri professor”, klassik rəqs müəllimi, Əməkdar mədəniyyət işçisi Sergey Boqdanov “Fəxri professor” adlarına layiq görülüblər.

Qeyd edək ki, “İnternational Dance Academy” 2008-ci ildə Danimarkada Sonny Fredie Pedersen tərəfindən təsis edilib. “İnternational Dance Academy” beynəlxalq miqyasda tanınan və ən üst səviyyədə təhsil vədi verən rəqs akademiyasıdır.