Masallı Regional Mədəniyyət İdarəsi Yardımlı rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş inşa müsabiqəsinin rayon mərhələsinə yekun vurulub. Rayon Təhsil Şöbəsi ilə birgə keçirilmiş müsabiqədə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.

***

Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsi və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Gəncə şəhər MKS-nin Mərkəzi kitabxanasında “Daim yaşar ədəbiyyat” mövzusunda onlayn görüş keçirilib. Görüşdə Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, teatrşünas Anar Bürcəliyev, şair-dramaturq Sahib İbrahimli və başqaları iştirak ediblər. Tədbirdə ədəbiyyatın əhəmiyyəti və inkişaf təmayüllərindən söz açılıb.

***

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Nəzrin Məsimova, Hicran İsmayılova, Çinarə Hacıbalayeva, İlkin Paşayev və İslam İsmayılov Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən “Nowruz Music Festival” Beynəlxalq onlayn musiqi və rəqs müsabiqəsində I və II dərəcəli laureat adına layiq görülüblər.

Oğuz rayon Yaqublu kənd Folklor evi, kənd kitabxanası, Yenikənd və Zərrab kənd klublarının fəalları Vətən müharibəsi şəhidi Taleh Babayevin anası Həvva Babayeva ilə birlikdə onun Oğuzun Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər.

***

Lənkəran Regional Mədəniyyət İdarəsinin kollektivi Lerik rayon Vizəzəmin kəndində Vətən müharibəsinin şəhid giziri Cəlal Ağayevin məzarını və ailəsini ziyarət ediblər.

Astara rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, şəhər 1 nömrəli və Şağlazüzə kənd tam orta məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir” mövzusunda maarifləndirici onlayn tədbir keçirilib.