Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə 25-27 noyabr tarixində “Nizami Gəncəvi “Xəmsə”sinin Şərq-Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Ədəbiyyat Muzeyindən bildirilib ki, konfransda iştirak etmək istəyənlər tezisləri sentyabrın 20-dək nizamimuzeyikonfrans@mail.ru elektron ünvanına göndərə bilərlər.

Konfrans “Nizami Gəncəvi irsi və Avropa ədəbi-mədəni mühiti”, “Nizami şəxsiyyəti və irsinin beynəlxalq miqyasda tədqiqi, nəşri və təbliği problemləri”, “Nizami əsərlərinin əlyazmaları və “Xəmsə”yə çəkilmiş miniatürlər dünya kitabxana və arxivlərində”, “Nizami “Xəmsə”si və “Divan”ının müxtəlif dillərə tərcüməsi problemləri”, “Nizami “Xəmsə”si ensiklopedik biliklər və miqyaslı ədəbi düşüncə mənbəyi kimi”, “Nizami irsi Azərbaycan və dünya incəsənəti müstəvisində” və s. bölmələr üzrə təşkil olunacaq.