Yaponiyanın Azərbaycandakı Səfirliyi 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirməyi planlaşdırır.
Bu istiqamətdə ilk addım olaraq “2022 – Yaponiya-Azərbaycan Dostluq ili”ni təcəssüm etdirəcək sloqan və loqo yarışması keçirilib.
Sloqan müsabiqəsinin qalibi Ramazan Ağayev və loqo müsabiqəsinin qalibi Tofiq Sarıyevə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi tərəfindən sertifikat təqdim olunub.
Səfir hər iki qalibi təbrik edib və “Dostluq ili” layihəsinə töhfələri üçün minnətdarlığını bildirib. Diplomat hər iki qalibin bundan sonra da ikitərəfli münasibətlərin inkişafı üçün tədbirlərdə aktiv iştirak edəcəklərinə ümidvar olduğunu deyib.