Mədəniyyət Nazirliyi və  Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin ölkəmizdəki nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə qrafika və akvarel ustaları arasında keçirilən “Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinə yekun vurulub.

Xatırladaq ki, müsabiqənin məqsədi akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi igidliyi, azərbaycançılıq məfkurəsi və milli birliyimizi təsvir müstəvisində nümayiş etdirməkdir.

Münsiflər heyətinin dəyərləndirməsinə əsasən, “Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin hər iki istiqamət üzrə qalibləri müəyyənləşib.

Akvarel sənəti üzrə:

I yer – Hafiz Kərimov;
II yer – Fatma Kılıç;
III yer – Feyzi Məmmədov.

Qrafika sənəti üzrə:

I yer – Elmir Məmmədov;
II yer – Günel Quliyeva;
III yer – Əbülfəz Fərəcoğlu.

Hər nominasiya üzrə qaliblərə diplomlar və müvafiq olaraq 350, 200 və 100 manat məbləğində mükafat veriləcək.

Bundan əlavə, 5 nəfər həvəsləndirici mükafata (akvarel dəsti) layiq görülüb:

Xanlar Əsədullayev, Gülşən Baxşəliyeva, Naibə Vəliyeva, Zeynəb Yaqubova, Leyla Vazehi.

Qalib olmuş əsərlər Xətai Sənət Mərkəzinin fondunda saxlanılacaq. Müsabiqənin yekun sərgisi  Xətai  Sənət  Mərkəzi tərəfindən onlayn şəkildə keçiriləcək.