Çilinin "Aerea" ispan–amerikan poeziya dərgisi (Revista Hispanoamericana de Poesía) Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə" layihəsi çərçivəsində görkəmli şairlər Səməd Vurğun, Mikayıl Müşfiq və Məmməd Arazın yaradıcılığına yer ayırıb.

Dərgidə Səməd Vurğunun "Şair, nə tez qocaldın sən?", Mikayıl Müşfiqin "Yenə o bağ olaydı", Məmməd Arazın "Əlvida dağlar" şeirləri və yaradıcılıqları haqqında məlumat dərc olunub. Şeirlər həm Azərbaycan, həm də ispan dilində verilib.

2001-ci ildən nəşr edilən jurnal İspaniya və Kolumbiyada da geniş oxucu auditoriyası qazanmaqla yanaşı, ABŞ və digər ölkələrin universitetlərində də yayılır.

Dərgi mütəmadi olaraq Monika Velaskes Qusman, Karlos Aquasakon, Leonel Alvarado, Luis Benites və Viktor Koral kimi məşhur şairlərin əsərlərinə yer ayırır. Nəşrin baş redaktoru tanınmış Argentina şairi Daniel Kalabresedir.