![](/img/news/700x420/_1617951323.jpg)
Prezident İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osayminin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Yusif bin Əhməd əl-Osaymin Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.