Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə Sabirabad rayon Əhmədabad kənd Folklor evində olub. Folklor evinin direktoru Vaqif Dişadze  mədəniyyət ocağının fəaliyyəti barədə məlumat verib.

***

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Zöhrab Adıgözəlovun sədrliyi, regional idarənin tabe müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib. Görüşdə şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərilməsinin vacibliyi vurğulanıb. Həmçinin Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi, COVİD-19 əleyhinə peyvənd olunan işçilər barədə məlumatların sistemləşdirilməsi və s. məsələlərlə bağlı tapşırıqlar verilib.

***

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Us­̧aq incəsənət məktəbinin şagirdi Nəzrin Mustafazadə İtaliyada keçirilən “Future stars” (“Gələcəyin ulduzları”) onlayn beynəlxalq festivalında ug­̆urla çıxış edərək 1-ci dərəcəli laureat adına layiq görülüb.

***

Ağdaş Regional Mədəniyyət İdarəsində vətəndaşların onlayn qəbulu təşkil olunub. Vətəndaşların müraciətlərinin araşdırılması və həll olunması məqsədilə rayonlar üzrə nümayəndələrə və regional idarənin aparatının əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq musiqi məktəbinin “Turan” ansamblı bu ilin martında Qazaxıstanda “Astana stars” (“Astana ulduzları”) Beynəlxalq festival hərəkatının təşkilatçılığı ilə keçirilən onlayn “Bahar musiqisi” müsabiqəsində uğurla iştirak edərək I dərəcəli laureat adına layiq görülüb.

***

Ağdaş Regional Mədəniyyət İdarəsini əhatə edən Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində sənədləşdirmə işlərinin aparılma qaydalarının, müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılmasına nail olmaq məqsədilə monitorinqlərə başlanılıb.

Bu məqsədlə regional idarə tərəfindən müvafiq əməkdaşlardan ibarət monitorinq qrupu yaradılıb və Ağdaş rayon Heydər Əliyev Mərkəzində formalaşmış qrup üzvləri ilə treninq keçirilib. Xüsusi karantin rejimi qaydalarına əməl olunaraq təşkil edilmiş treninqdə qrup üzvlərinə regional idarənin rəhbərliyi tərəfindən metodiki köməkliklər göstərilib, müvafiq tapşırıqlar diqqətə çatdırılıb.