F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Xətai rayonu 95 saylı  tam orta məktəbin təşkilatçılığı ilə məktəbin kiçik və orta yaş sinif şagirdlərinin iştirakı ilə “Pandemiya dövründə məktəblilərin həyatında kitab və kitabxanaların rolu” adlı videogörüş keçirilib.

Uşaq və yeniyetmələrin hərtərəfli inkişafında kitab və kitabxanaların rolunu  vurğulamaq, mütaliənin əhəmiyyətini bir daha diqqətə çatdırmaq məqsədilə təşkil olunan onlayn görüşə Gəncə şəhər 17 saylı məktəbin aşağı sinif şagirdləri və müəllimləri də qatılıblar.

Kitabxananın elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova iştirakçılara kitabxana haqqında ətraflı məlumat verib, eləcə də, oxucuların müxtəlif suallarını cavablandırıb.

Görüşdə, həmçinin kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı ilə bağlı ətraflı məlumat verilib, istedadlı uşaqların üzə çıxarılması istiqamətində nəşrin əhəmiyyətindən bəhs olunub. Kitabxananın clb.az internet ünvanı haqqında qısa məlumat xarakterli  videotəqdimat da edilib.