Respublika Gənclər Kitabxanası 12 aprel – Dünya Kosmonavtika Günü münasibətilə faydalı məlumatlarla zəngin olan videoçarx hazırlayıb.

Videoçarxda əlamətdar günün tarixinə nəzər salınaraq, 1961-ci ilin 12 aprelində dünyada ilk dəfə insanın – Sovet İttifaqı vətəndaşı, təyyarəçi-kosmonavt Yuri Qaqarinin kosmosa uçuşu, onun içərisində olduğu "Vostok"  kosmik gəmisinin 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr etməsi və uğurla Saratov vilayətinə yerə enməsi haqqında geniş məlumat verilib.

Videomaterialda kosmosun fəth olunması məqsədilə indiyədək həyata keçirilən proqramlardan, 32 ölkədən bir neçə yüz kosmonavt və astronavtın kosmosda olmasından bəhs edilir. Video çarxda ilk kosmonavt qadın Valentina Tereşkova kimi adını kosmonavtika tarixinə qızıl hərflərlə yazmış digər kosmonavtların adları da diqqətə çatdırılır.

Materialda Azərbaycanda aerokosmik sənayenin inkişafı mövzusuna da toxunulub, Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı general Kərim Kərimovun da adı çəkilib.

Videoçarxı bu linkdə izləmək mümkündür: https://www.instagram.com/p/CNhUPSfhHki/