F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “İnstagram” sosial şəbəkəsi üzərindən reallaşdırdığı “Qonağım ol” rubrikasında növbəti görüşə uşaqların sevimli yazarı Solmaz Amanova gələcək.

Layihənin həyata keçirilməsində əsas məqsəd oxucu və müəlliflər arasında virtual görüşlərin təşkili, bu vəsilə ilə yazarların yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaq, uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu bir daha diqqətə çatdırmaqdır.

Görüş zamanı yazıçı yaradıcılığı haqqında ətraflı məlumat verəcək, həmçinin, canlı yayıma qoşulan izləyicilərin suallarını cavablandıracaq.

Onlayn görüş aprelin 16-da saat 15:00-da kitabxananın “İnstagram” səhifəsində reallaşacaq.