Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov və Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrı Primorsk səhnəsinin (Vladivostok şəhəri) baş baletmeysteri, həmvətənimiz, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Eldar Əliyev arasında videokonfrans formatında görüş keçirilib.

Ramil Qasımov Azərbaycanın tarixi səhnəsi olan Heydər Əliyev Sarayı ilə Mariinski Teatrının Primorsk səhnəsi arasında olan əlaqələrin inkişaf etdirilməsinə və daha da möhkəmləndirilməsinə dair fikirlərini söyləyib. Pandemiya dövründən sonra Heydər Əliyev Sarayı və Mariinski Teatrının Primorsk səhnəsi ilə qarşılıqlı əməkdaşlığın mühüm olduğunu vurğulayıb. O, cari ildə Mariinski Teatrının Primorsk səhnəsi truppasının Azərbaycana qastrol səfəri etməsinin məqsədəuyğun olduğunu bildirib.

Mariinski Teatrının Primorsk səhnəsinin baş baletmeysteri Eldar Əliyev öz növbəsində tanışlığa görə məmnunluğunu ifadə edib və Heydər Əliyev Sarayının səhnəsi ilə bağlı olan xatirələrini bölüşüb.

Görüş gələcək əlaqələr barədə fikir mübadiləsi ilə davam edib.