Sərgi üçün əsərlərin qəbulu davam edir

Torpaqlarımızın azad olunmasında Azərbaycan Ordusunun rəşadət və qəhrəmanlığına həsr edilmiş əsərlərdən ibarət “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisinə hazırlıq davam edir.

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşacaq sərgidə iştirak etmək istəyən müəlliflər mövzu ilə bağlı əsərlərinin fotoşəkillərini, özləri və əsər haqqında məlumatları (ölçüləri, icra texnikası) resmsergi@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.

Əsərlərin qəbulu aprelin 23-dək aparılacaq.