İşğaldan azad olunan bölgələrdə yaradılacaq kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir. Mədəniyyət Nazirliyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə keçirdiyi kampaniyaya Azərbaycan Dövlət Mədəniyyət və Universiteti (ADMİU) də qoşulub.

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna 100 adda 139 nüsxə kitab hədiyyə edib. Onların arasında Azərbaycan, rus və ingilis dillərində ədəbiyyatşünaslıq, not-musiqi, teatr və kino sahələrinə aid nəşrlər, həmçinin dövlətçilik tariximizi, ümummilli lider Heydər Əliyevin zəngin irsini əks etdirən kitablar, lüğətlər, Azərbaycan və xarici ölkə yazıçılarının əsərləri var.

Kitablar Azərbaycan Milli Kitabxanasına təqdim edilib.