Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi aprelin 20-də saat 20:00-da təqdim olunacaq.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri virtual sərgini özünün sosial media hesabları vasitəsilə izləməyə dəvət edir.

Xatırladaq ki, müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümünü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi igidliyi, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir sənət müstəvisində nümayiş etdirmək məqsədilə keçirilib.