Respublika Gənclər Kitabxanası Azərbaycan poeziya nümayəndələrinin əsərlərinin gənc nəsil arasında təbliği məqsədilə “Mütaliə edək, dinləyək, tanıyaq” adlı layihəyə start verib. Layihə çərçivəsində Azərbaycan poeziyasının parlaq nümayəndələrinin əsərləri ilə bağlı videoçarxlar hazırlanır.

Kitabxananın əməkdaşları tərəfindən ayrı-ayrı şairlərin şeirləri səsləndirilib. Hər bir şeir nümunəsinə uyğun videoçarx hazırlanaraq kitabxananın sosial şəbəkələrdəki səhifələrində yerləşdirilib.

 İzləyicilər kitabxananın “İnstagram” sosial şəbəkə səhifəsinə daxil olmaqla, burada  Hüseyn Arifin “Analar”, Nəbi Xəzrinin “Dəniz, göy, məhəbbət”,  Nüsrət Kəsəmənlinin “Mən səni unuda bilmirəm axı”, Əli Kərimlinin “Bakı küləyi”, Bəxtiyar Vahabzadənin “Qorxu”, “Təklik”, “Ürək”, Ramiz Rövşənin “Soğan soya-soya ağlayan qadın...”, Baba Vəziroğlunun “Ömrün ayları” və s. şeirlərini dinləmək, bu poetik nümunələrin hər birinə uyğun hazırlanmış gözoxşayan video çarxları izləmək imkanı qazanırlar.

Bundan əlavə, Respublika Gənclər Kitabxanasının “İnstagram” və “Facebook” səhifələrində Azərbaycan poeziyasının parlaq nümayəndələrinin həyat və yaradıcılıqlarına həsr olunmuş paylaşımlar yerləşdirilir.

 “Mütaliə edək, dinləyək, tanıyaq” layihəsi çərçivəsində hazırlanan videoçarxların bir qisminə aşağıdakı linklər vasitəsilə baxmaq olar:

https://www.instagram.com/p/CN2p-G8lOxC/

https://www.instagram.com/p/CNzzI8zhJn_/

https://www.instagram.com/p/CNexGkjB4TM/

https://www.instagram.com/p/CNR7AzlBU_I/