Aprelin 20-də Prezident İlham Əliyev Hacıqabul rayonuna səfər edib. Dövlət başçısı rayonda bir sıra infrastruktur layihələrinin, təsərrüfat müəssisələrinin açılışında iştirak edib.

Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub. Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Prezident rayonunun Meyniman kəndi ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanış olub. Rayonda “Aqro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti aqroparkının təqdimatı olub.

Dövlət başçısının iştirakı ilə Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyası istismara verilib, “Azərsun Şamaxı Aqropark”ın açılışı olub.

Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verib. Bu barədə ətraflı qəzetimizin növbəti sayında məlumat verəcəyik.