DST pandemiya ilə əlaqədar fövqəladə vəziyyət rejimini uzadıb

Dünya Səhiyyə Təşkilatı (DST) COVİD-19 pandemiyası ilə əlaqədar qlobal səhiyyədə fövqəladə vəziyyət rejimini daha üç ay uzadıb. Bu barədə təşkilatın Cenevrədəki fövqəladə vəziyyətlərlə bağlı komitəsindən bildirilib.

Komitənin iclasında dünyada koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət ətraflı analiz olunub.

“DST-nin Baş direktoru COVİD-19 pandemiyasının beynəlxalq əhəmiyyət daşıyan ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət yaratmağa davam etməsi barədə qərar qəbul edib. O, komitənin tövsiyəsi ilə razılaşıb”, - deyə məlumatda vurğulanır.