Prezident İlham Əliyev aprelin 19-da “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” 2015-ci il 8 aprel tarixli fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibi təsdiq edilib.

Komissiyanın sədri Azərbaycan Respublikasının Prezidentidir.

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Azərbaycan Respublikası Baş nazirinin müavini

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Yazıçılar Birliyinin sədri

Azərbaycan Rəssamlar İttifaqının sədri

Azərbaycan Bəstəkarlar İttifaqının sədri

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri

Azərbaycan Memarlar İttifaqının sədri

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Xoşbəxt Yusifzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Tahir Salahov – Xalq rəssamı

Ömər Eldarov – Xalq rəssamı.

Qeyd edək ki, Heydər Əliyev Mükafatı ölkə Prezidentinin 2007-ci il 20 sentyabr tarixli fərmanı ilə təsis edilib.