“Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” adlı sənədli film beynəlxalq mükafata namizəddir. “Vice News” xəbər kanalının 2020-ci il Vətən müharibəsi dövründə çəkdiyi sənədli film Britaniyanın nüfuzlu “One World Media” mükafatına namizədlər siyahısına daxil edilib.

Bu barədə mükafatın rəsmi saytında məlumat verilib. Film “İlin xəbər mükafatı” nominasiyası üzrə mükafata təqdim edilib. Qeyd edək ki, filmdə hərbi əməliyyatlar zamanı ermənilərin mülki əhaliyə qarşı törətdiyi cinayətlərdən bəhs olunur.

“One World Media” mükafatı dünya KİV-də əksini tapmış ən yaxşı materiallara təqdim olunur. Builki seçimlərdə 96 ölkədən 500-dən çox iş iştirak edib.

Mükafatçılar iyunun 17-də elan olunacaq.