Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə Esmira Günəşin şəhid Əliheydər Hüseynliyə həsr etdiyi "Oğul düşmən çəpəridir" kitabının onlayn təqdimatı keçirilib.

Müəllif Esmira Günəş kitabın ərsəyə gəlməsindən danışıb. Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva və digər çıxış edənlər Vətənin qəhrəman övladları haqqında belə nəşrlərin ərsəyə gəlməsinin əhəmiyyətindən söz açıblar.

Şəhidin ailə üzvləri və yaxınları şəhid haqqında xatirələrini bölüşüb.

Təqdimata Qarabağ müharibəsində həlak olmuş digər şəhidlərimizin də ailə üzvləri qatılıblar.

Təqdimat zamanı iştirakçılar şəhidə həsr olunan guşə ilə tanış olublar.