Pakistanın Bəlucistan əyalətində bir dəvə səyyar kitabxana xidməti göstərir. “Roşan” (işıq) adlı dəvənin üzərində kitab rəfinə bənzər kəcavə hazırlanıb və müxtəlif nəşrlər həmin rəflərə yerləşdirilib.

İki nəfər könüllü kirayələdikləri bu dəvə ilə əyalətin ucqar, gediş-gəlişin çətin olduğu dörd kəndindəki uşaqlara kitab və mətbu nəşrləri çatdırır.

Maarifçi layihənin məqsədi koronavirus pandemiyası üzündən məktəb və kitabxanalar bağlandığı üçün uşaqların mütaliə etməsinə dəstək olmaqdır. “Kitabçı dəvə”ni görən uşaqlar böyük sevinc yaşayır və istədikləri kitabları götürürlər. “Səyyar kitabxana”nın növbəti gəlişində oxuduqları kitabları qaytarıb yenilərini əldə edirlər.

FARİZ