Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS-nin filialları Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar “Sazlı – sözlü sənətkar” adlı onlayn tədbir keçiriblər.

Qazax rayon Mədəniyyət Mərkəzi filialları ilə birgə “Haqq aşığı – Aşıq Ələsgər” adlı onlayn tədbir təşkil edib.

Regional idarənin tabeliyindəki Tovuz rayon MKS “Narkomaniya əsrin faciəsidir” mövzusunda onlayn tədbir keçirib.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə tanınmış yazıçı Xanımana Əlibəyliyə həsr olunmuş onlayn tədbir keçirilib.

Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsi isə “Kitablar mənəvi sərvətimizdir” adlı onlayn tədbir təşkil edib.

***

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialı “Uşaqlarda mütaliəni inkişaf etdirək” mövzusunda tədbir təşkil edib.

Balakən rayon Mərkəzi kitabxanasında “Mənəvi sərvətimizi gələcək nəsillərə tanıdaq” mövzusunda dəyirmi masa keçirilib.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsi C.Qaryağdıoğlu adına Ağdam rayon 1 saylı Uşaq musiqi məktəbinin şagirdləri Nəriman Hümmətov (Qran-pri), Mələk Məmmədova (I  yer), Anar Ömərov, Rəvan Rəvan (III yer) “Lider” TV-də keçirilən “Avaz-2” muğam müsabiqəsində mükafatlara layiq görülüblər.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsi Zəngilan rayon Bartaz kənd Uşaq musiqi məktəbinin 3-cü sinif şagirdi Dilrubə Hidayətli “Avaz - 2” müsabiqəsində II dərəcəli diplom qazanıb.

***

Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə akademik Yusif Məmmədəliyevin Ev-Muzeyinə (Ordubad şəhəri) virtual ekskursiya keçirilib.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Füzuli, İmişli, Beyləqan və Kürdəmir rayon Heydər Əliyev mərkəzlərinin direktor və fond mühafizləri ilə görüşüb, Füzuli rayon Qarabağ kənd Uşaq musiqi məktəbi, Mollavəli kənd kitabxana filialı, Xocavənd rayon Mədəniyyət evi və rayon MKS-yə baxış keçirib.

***

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov tərəfindən Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev-muzeyinə təmirdən sonra baxış keçirilib.

***

Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi və Mir Cəlal Paşayevin Gəncədəki ev-muzeyinin təşkilatçılığı ilə görkəmli yazıçı və ədəbiyyatşünasın anadan olmasının 113-cü il dönümü münasibətilə onlayn konfrans keçirilib.

Gəncə şəhər MKS-nin 7 saylı kitabxana filialı, Goranboy rayon Mərkəzi kitabxanası və Samux rayon MKS-nin Oxuculara xidmət şöbəsi Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə tədbirlər keçiriblər.

NURƏDDİN