Osmanlı Sultanı Süleyman Qanuninin portretinin İngiltərədə “İslam dünyası və Hindistan sənətləri” mövzulu hərracda 350 min funt-sterlinqə satıldığı barədə məlumat vermişdik.

Bu günlərdə XVI əsrin sonu – XVII əsrin əvvəllərində çəkildiyi ehtimal edilən sənət əsəri ilə bağlı Türkiyəyə sevindirici xəbər verilib. Portretin alıcısı əsəri İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) bağışlayacağını bildirib. Əsərin may ayı ərzində İstanbula gətirilməsi gözlənilir.

Qeyd edək ki, İBB 31 mart tarixində gerçəkləşən “İslam dünyası və Hindistan sənətləri” adlı hərracda Qurani-Kərimdən “Zuxruf” (zinət) surəsinin 1200 illik, “Maidə” (süfrə) surəsinin 1100 illik əlyazmalarını, Bahəddin Vələdin “İbtidainamə” və s. əsərləri satın alıb.