Əməkdar jurnalist,  tanınmış publisist Svetlana Nəcəfova vəfat edib. Azərbaycan Mətbuat Şurası S.Nəcəfovanın vəfatı ilə əlaqədar nekroloq yayaraq mərhumun doğmalarına və yaxınlarına başsağlığı verib.

Svetlana Hacı qızı Nəcəfova 1938-ci ildə anadan olub. 1955-1960-cı illərdə BDU-nun Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə başladığı “Pioner” jurnalı redaksiyasında 15 il texniki redaktor və şöbə müdiri olub. 1973-1992-ci illərdə “Azərbaycan qadını” jurnalında şöbə redaktoru, baş redaktorun müavini vəzifələrində çalışıb. 1996-2003-cü illərdə “Respublika” qəzetində şöbə müdiri olan jurnalist 2003-2008-ci illərdə televiziya sahəsində də çalışmaqla zəngin peşə yolu keçib. Çoxsaylı oçerk və hekayələr, publisistik məqalələr və kitabların müəllifidir.

Svetlana Nəcəfova “Əməkdə fərqlənməyə görə” medalına, müxtəlif mükafatlara, “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.