Bakıda IV “Animafilm” Beynəlxalq Animasiya Festivalının  20-24 oktyabr 2021-ci il tarixlərində kec­̧irilməsi nəzərdə tutulur. Festival uşaqlar və böyüklər üçün çəkilmiş yerli və xarici animasiya filmlərini təqdim edəcək.

Festivalın məqsədi Azərbaycanda animasiya sənətinin inkişafını dəstəkləmək, animasiya filmlərinin nümayişi və animasiya kinosu üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni Azərbaycan animasiya filmlərinin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etməkdir.

Hər il olduğu kimi, bu dəfə də festival müsabiqə, müsabiqədənkənar, peşəkar və müşayiətedici proqramlardan ibarət olacaq. Proqram və animasiya filmlərinin nümayişi qaydası təşkilat komitəsi tərəfindən müəyyənləşdirilir. Proqram festivalın www.animafilm.az saytında dərc ediləcək.  “Animafilm” Beynəlxalq Animasiya Festivalının direktoru rejissor Rəşid Ağamalıyevdir.

LALƏ