Böyük Britaniya Kraliçası II Yelizavetin “Platin yubileyi”ni qeyd etmək üçün kampaniyaya start verilib. 2022-ci ildə II Yelizavetin Britaniya taxtına çıxmasının 70 ili tamam olacaq.
Bu səbəblə Kraliçanın Yaşıl Çadır Mərkəzi (Green Canopy) Britaniyanın 70 fərqli meşə ərazisinə 70 ədəd ağac əkəcək.
II Yelizavetin oğlu, Uels Şahzadəsi Çarlz Vindzor qalasında monarxın 70 illik hökmranlığına hörmət əlaməti olaraq ilk yubiley ağacını əkib. O, insanları bu kampaniyaya qoşulmağa dəvət edib. Baş nazir Boris Conson da bu təşəbbüsü dəstəklədiyini açıqlayıb.
Qeyd edək ki, aprelin 21-də II Yelizavetin 95 yaşı tamam olub. O, 1952-ci ilin 6 fevralında atası VI Georqun vəfatından sonra Böyük Britaniya taxtına çıxıb (rəsmi tacqoyma mərasimi 2 iyun 1953-cü ildə olub).
II Yelizavetin həyat yoldaşı şahzadə Filipp bu ilin aprelində 100 yaşında vəfat edib.