Bəşəriyyət tez və ya gec indikindən daha təhlükəli pandemiya ilə qarşılaşacaq. Daha yoluxucu və öldürücü virus meydana çıxacaq.
Bu barədə Dünya Səhiyyə Təşkilatının (DST) Baş direktoru Tedros Adhanom Qebreyesus qurumun 74-cü sessiyasının açılışında çıxış edərkən deyib.
DST rəhbərinin sözlərinə görə, viruslarla mübarizə dövlətlərin bir-biri ilə yarışmalı olduğunu deyil, əksinə, əməkdaşlıq etməli olduğunu göstərdi. “Biz faktiki olaraq seçim qarşısında qalmışıq: bir yerdə fəaliyyət göstərməli, yoxsa müdafiəsiz qalmalıyıq”, - deyə Qebreyesus bildirib.
Mayın 24-dən iyunun 1-dək virtual formatda keçirilən sessiyanın əsas mövzusu COVİD-19 pandemiyasına qarşı mübarizə və yeni qlobal fövqəladə vəziyyətlərin qarşısının alınmasıdır.